Dava, müharibə, vuruş, döyüş.
Əbdülkəbir xeyli qoşun cəm edib haramıların cənginə getdi. (“Dilsuz və Xəzangül”)
*
Şəmşir, de sözlərin, saxlama ləngə,
Əsli aslan olan layiqdi cəngə.
Pişik tab gətirməz şirə, pələngə,
Dovşana hünərdə fil desəm, olmaz!
(“Şəmşir və Sənubər”)
*
İgid olan ölməz cəngdə, davada,
Qılınc çəkib hünər eylər qovğada,
Nizəsi sağ-sola oynar havada,
İzin versən, bu səfərə gedərəm.
(“Şahzadə Bəhrəm”)
*
Dədə Yediyar meydana girib, Qurbanini öz cənginə dəvət elədi. (“Qurbani”)